AZ

ABŞ İranı blokadaya almaq üçün 15 dən çox hərbi gəmi yerləşdirib

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hörmüz boğazında İranın blokadasında 15-dən çox Amerika hərbi gəmisi iştirak edir. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb. ABŞ-ın yüksək vəzifəli məmuruna istinadən nəşr iddia edir ki, Yaxın Şərqə təyyarədaşıyan gəmi, bir neçə idarə olunan raket esminesi, amfibiya hücum gəmisi və bir sıra digər döyüş bölmələri yerləşdirilib. The Wall Street Journal yazır ki, bu gəmilər göyərtədəki əməliyyatları dəstəkləmək üçün istifadə edilə bilən helikopterlər daşıya bilir.ABŞ Mərkəzi Komandanlığı əvvəllər 13 apreldə İrana qarşı dəniz blokadasına başlayacağını açıqlamışdı. Amerika qüvvələri İslam Respublikasındakı limanlara gedən bütün gəmilərin, eləcə də onun sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini bloklamaq niyyətindədir.Mehman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

3Mənbələr