AZ

Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

Avropa İttifaqı Ukraynadakı münaqişə bitdikdən dərhal sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir. Newscenter.az TASS-a istinadən bildirir ki, bunu 12 aprel parlament seçkilərində qalib gələn Macarıstanın Tisza partiyasının lideri Peter Magyar deyib.Budapeştdə keçirilən mətbuat konfransında çıxış edən Magyar, Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib:"Biz çox ümid edirik ki, danışıqlar nəticə verəcək və Avropa sanksiyaları bundan sonra ləğv ediləcək".O, Rusiyaya qarşı sanksiyaların enerji qiymətlərinin artmasına səbəb olduğunu diqqətə çatdırıb. Magyar deyib ki, bu da Avropanın rəqabət qabiliyyətinə zərər verir.Magyar hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi hər iki tərəfə ciddi ziyan vurur.Mehman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

2Mənbələr