AZ

Taksi sifariş edərkən necə təhlükəsiz səfər etmək mümkündür? AÇIQLAMA VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illər paytaxtda taksi fəaliyyətində təhlükəsizlik məsələsi öz aktuallığını qorumaqdadır. Belə ki, artıq ölkədə bir neçə ilin fəaliyyət pəncərəsinə çevrilən taksi özündə nəzarət sistemlərinin inkişafını da tələb edən bir istiqamətə çevrilib.

Avtosfer.az xəbər verir ki, taksi fəaliyyətində təhlükəsizliklə bağlı önəmli addımlar atan “Bolt” şirkəti növbəti dəfə istifadəçiləri məlumatlandırmaq üçün məlumat paylaşıb. Bu barədə Avtosfer.az-ın sosial şəbəkə hesabalarında nəqliyyat eksperti Elməddin Muradlı şərh verib. O bildirib ki, şirkət təkcə sürücülərin yox, sərnişinlərin də təhlükəsizliyini gücləndirmək üçün həm də təbliğat işləri görür:

“Şəhərlərdə artan nəqliyyat sıxlığı və şəxsi avtomobildən istifadənin yaratdığı çətinliklər fonunda paylaşılan mobillik həlləri getdikcə daha populyarlaşır. Şəxsi avtomobillə hərəkət etmək getdikcə daha stressli və baha başa gəldiyi üçün bir çox insan daha rahat və əlçatan alternativ kimi taksi sifariş etməyə üstünlük verir. Bu həllər arasında taksi xidmətləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

Bəs taksi sifarişi zamanı təhlükəsizliyinizi necə qoruya bilərsiniz? “Bolt” tətbiqi vasitəsilə səfər edərkən diqqət yetirməli olduğunuz əsas məqamları təqdim edirik.

- İlk növbədə, avtomobilə əyləşməzdən əvvəl tətbiqdə göstərilən sürücü və avtomobil məlumatlarını yoxlamağı unutmayın. Sürücünün adı, şəkli, avtomobilin markası və qeydiyyat nömrəsi mütləq uyğun olmalıdır. Bu, vacibdir, çünki Bolt platformasında sürücülər müvafiq tələblərə cavab verməli və müəyyən yoxlamalardan keçməlidirlər, aşağı reytinqə malik sürücülər və ya təhlükəsizlik standartlarına cavab verməyən avtomobillər platformada uzun müddət fəaliyyət göstərə bilmir.

- Daha təhlükəsiz səfər üçün tətbiqdə “Təhlükəsizlik” bölmısində mövcud olan Pickup code (Gedişin təsdiq kodu) funksiyasını aktivləşdirə bilərsiniz. Bu halda səfər yalnız kodu sürücüyə təqdim etdikdən sonra başlayır.

- Səfər zamanı “Səfəri paylaş” funksiyası vasitəsilə marşrutunuzu yaxınlarınızla bölüşmək də əlavə təhlükəsizlik təmin edir.

- Hər hansı narahatlıq yarandıqda tətbiqdəki təhlükəsizlik düyməsi vasitəsilə sürətli şəkildə dəstək ala bilərsiniz. Əgər yol-nəqliyyat hadisəsi baş verərsə, dərhal dəstək xidməti ilə əlaqə saxlamaq vacibdir.

Həm sərnişinlər, həm də sürücülər hər hansı şübhəli və ya qeyri-etik davranışla qarşılaşdıqda bunu mütləq tətbiq üzərindən bildirməlidirlər. Bu, platformanın daha təhlükəsiz olması üçün vacibdir.

Qeyd edək ki, sürücülər mütəmadi olaraq yol təhlükəsizliyi və davranış qaydaları ilə bağlı məlumatlandırılır və bu istiqamətdə davamlı kommunikasiya aparılır.

Nəzərə alaq ki, daha təhlükəsiz səfərlər hər kəsin birgə diqqəti və məsuliyyəti ilə mümkündür”.

Həmin vdeionu təqdim edirik:

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
avtosfer.az

4Mənbələr