AZ

Dağıstanda kütləvi zəhərlənmə

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Dağıstanda kütləvi zəhərlənmə baş verib.Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Karabudakhkent rayonunda qeydə alınıb. Bağırsaq zəhərlənməsi simptomları ilə tibbi yardım almaq üçün ümumilikdə 102 nəfər xəstəxanalara müraciət edib. Bir müddət sonra xəstəxanaya yerləşdirilən sakinlərin əksəriyyəti evə buraxılıb. Yalnız 10 uşağın müalicəsi davam etdirilir. Qeyd edək ki, bundan əvvəl də Karabudakkent rayon xəstəxanasına kəskin bağırsaq infeksiyası simptomları ilə 50-dən çox insan yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərə rotavirus diaqnozu qoyulmuşdu. İlkin ehtimallara görə, infeksiya su mənbələrindən yayılıb.Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma davam edir.Anar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
newscenter.az

2Mənbələr