ain.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Müharibə OPEC-in neft hasilatında tarixi azalmaya səbəb olub.
Banco.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına əsasən, ötən ay hasilatda ən böyük azalma İraq və Səudiyyə Ərəbistanında qeydə alınıb. İraqda gündəlik hasilat 2 milyon 563 min barel azalaraq 1 milyon 625 min barelə, Səudiyyə Ərəbistanında isə 2 milyon 314 min barel azalaraq 7 milyon 799 min barelə düşüb.
Birləşmiş Ərəb Əmirliklərində gündəlik neft hasilatı 1 milyon 527 min barel azalaraq 1 milyon 892 min barelə enib. Küveytdə hasilat 1 milyon 369 min barel azalaraq 1 milyon 213 min barelə düşüb, İranda isə hasilat 182 min barel azalaraq 3 milyon 60 min barel səviyyəsində qeydə alınıb.
Bu dövrdə Venesuela və Nigeriyada isə hasilat artıb. Venesuelada gündəlik hasilat 79 min barel artaraq 988 min barelə yüksəlib, Nigeriyada isə 22 min barel artımla 1 milyon 463 min barelə çatıb.
Beləliklə, OPEC-in gündəlik xam neft hasilatı mart ayında əvvəlki ayla müqayisədə 7 milyon 878 min barel azalaraq 20 milyon 788 min barelə enib.
OPEC və təşkilata daxil olmayan bəzi istehsalçı ölkələri birləşdirən OPEC+ qrupunun gündəlik xam neft hasilatı da eyni dövrdə 7 milyon 702 min barel azalaraq 35 milyon 55 min barel səviyyəsində qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.