AZ

Yaxın Şərqdə müharibələri başlamaq asan, dayandırmaq çətindir – “Washington Post”

ABŞ prezidenti Donald Tramp İranla müharibənin uzana biləcəyini və Vaşinqtonun məqsədlərinə çata bilməyəcəyini anlamağa başlayıb. 

Bu barədə “The Washington Post” qəzeti Ağ Ev mənbələrinə istinadən məlumat verir. “Tramp quru hücumunun və ya digər hərbi eskalasiyanın ABŞ-ı bataqlığa sala biləcəyini etiraf edib. Ağ Evə məlum olub ki, tənqidçilərin xəbərdarlıq etdiyi kimi, Yaxın Şərqdəki müharibələri başlamaq asandır, lakin dayandırmaq çətindir.”, – “Washington Post” yazır.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri Tehranda yeni bir liderin hakimiyyətə gəlməsi ilə çevriliş etməyi düşünürlər. İran hakimiyyətinin Hörmüz boğazının blokadasını zorla qırmaq cəhdi də istisna edilmir. Eyni zamanda, ABŞ rəsmiləri Pakistan aracılığı ilə münaqişənin diplomatik yolla həlli ehtimalını açıq saxlayırlar.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr