AZ

“Bu dəfə bizimki gətirmədi”

“Kəpəz”in məğlubiyyətsiz oyunlar seriyasını qıran tapıldı.

Həm də hansı komanda?

Elitada qalmaq uğrunda əsas rəqiblərindən olan “Qəbələ” və "Karvan".

Yevlax şəhər stadionunda baş tutan qarşılaşmada rəqibini bütün komponentlərdə üstələyən qəbələlilər yekunda 2:0 hesablı qələbəyə sevinməklə “Kəpəz”lə xal fərqini 2-yə endirdi.

Son 4 matçda “Zirə” və “Turan Tovuz” kimi avrokubok iddialıları ilə bərabərə qalan, son çempion “Qarabağ”la “bərk qoz” statuslu “Sumqayıt”ı məğlub edən “sarı-göylər”in “Qəbələ”yə uduzması ortaya “niyə axı, niyə?” sualını çıxardı.

“Kəpəz”in əsas heyət üzvlərindən olan Ehtiram Şahverdiyev Sportinfo.az-a açıqlamasında sualı cavablandırıb:

“Son oyunlarda məğlub olmamağımız komandada ruh yüksəkliyi yaratmışdı. Məqsədimiz növbəti qələbəmizi qazanıb turnir cədvəlində bir az da irəıiləmək idi.

Meydana 3 xal üçün çıxmışdıq. Təəssüf ki, uduzduq.

“Qarabağ” üzərindəki qələbədən sonra hansısa arxayınlıqdan söhbət gedə bilməz. Futboldur, bəzən qalib gəlirsən, bəzən məğlub olursan.

Bu dəfə bizimki gətirmədi. Belə deyim, bizim günümüz deyildi.

Belə baxanda, “Qəbələ”nin də qol imkanları oldu, bizim də. Taktiki cəhətdən də pis oynamadıq.

Sadəcə, onlar qol vura bildi, biz isə yox. Qarşıda vacib oyunlarımız var".

HƏBİB

Seçilən
19
sportinfo.az

1Mənbələr