AZ

"Qarabağ"ın biletləri satışa çıxarılır

Ajans.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb. Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. 16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən klubun fanşopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkün olacaq. Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.

Qeyd edək ki, stadionun qapıları oyunun start fitindən 120 dəqiqə əvvəl azarkeşlərin girişi üçün açılacaq.

Seçilən
1
7
Ajans.az

10Mənbələr