AZ

Neftin qiyməti ABŞ ın təsiri ilə 150 dollara qədər arta bilər Bloomberg

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ tərəfindən Hörmüz boğazına dəniz blokadası planı həyata keçirilərsə, neftin qiyməti bir barel üçün 140–150 dollara qədər yüksələ bilər.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Bildirilib ki, 13 aprel, bazar ertəsi günü “Brent” markalı neftin qiyməti ABŞ və İran arasında aparılan danışıqların uğursuzluğundan sonra 103 dollardan yuxarı qalxıb. Bu, qlobal enerji bazarında gərginliyi daha da artırıb. Eyni zamanda, ABŞ-ın İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərə blokada tətbiq etmə planları da gündəmdədir.

“Onyx Capital Group”un idarəedici direktoru Xorxe Montepeke bildirib ki, bazarlarda müşahidə olunan 8%-lik artım real riskləri əks etdirmir.

Onun sözlərinə görə, bu gün səhər gördüyümüz 103 dollarlıq qiymət və 8% artım, ABŞ bu blokadanı həqiqətən həyata keçirərsə baş verə biləcək vəziyyəti heç də əks etdirmir. Qiymət 140–150 dollar olmalı idi.

Montepeke əlavə edib ki, ABŞ-ın mümkün blokadası regional münaqişəni qlobal enerji böhranına çevirə və gündə 12 milyon barrelə qədər neft tədarükünün itirilməsinə səbəb ola bilər. Bununla belə, treyderlər hələlik bu ssenarini az ehtimal olunan hesab edirlər və buna görə də qiymətlərdə artım nisbətən məhdud qalır.

O, ABŞ-ın addımlarını “dəlilik” adlandıraraq bunun xüsusilə Asiya ölkələri, Sakit okean regionu və neft idxalından asılı olan iqtisadiyyatlar üçün ciddi zərbə olacağını bildirib.

Eyni zamanda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp siyasətini yumşaldarsa, neftin qiyməti ilin sonuna qədər təxminən 100 dollar səviyyəsində qala bilər.

11 apreldə ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşmasından sonra Hörmüz boğazından üç supertankerin keçdiyi bildirilir. Lakin Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ–İran danışıqları strateji əhəmiyyətə malik Hörmüz boğazı ilə bağlı razılaşma olmadan başa çatıb. Bundan sonra Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin boğazı blokada edəcəyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
50
olke.az

10Mənbələr