AZ

İrandan şok: Neft dolu tankerləri okeanlara buraxıb...

Axar.az saytına istinadən ain.az xəbər verir.

İran ABŞ-ın limanlarını blokadaya alma ehtimalını qabaqcadan görüb və onlarla neftlə yüklənmiş tankeri açıq dənizə buraxıb və bu da onları faktiki olaraq izlənilməz edib.

Axar.az xəbər verir ki, bu barədə “Bağdad Tudey” portalı məlumat verib.

Bildirilib ki, Tehran Vaşinqtonun planını öncədən təxmin edib və anbarlarda saxlanıla biləcək ehtiyatdan daha çoxunu dənizə çıxarıb.

Belə ki, bu həcm tərəfdaşlarının təxminən 80 günlük neft tələbatını təmin edir.

Məlumata görə, hətta Fars körfəzindəki silahlı qarşıdurmadan əvvəl də İran bu ehtiyatları hazırlamağa başlayıb, tankerlərə adi haldan üç dəfə daha sürətli yüklənmə edib.

Mütəxəssislərin fikrincə, bu "dəniz anbarları" 170 milyon barrelə qədər neft saxlaya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
axar.az

1Mənbələr