AZ

MKİ-nin keçmiş rəhbəri Brennan Trampın ağıl problemi olduğnu bildirib

MKİ-nin sabiq direktoru Donald Trampın İranla bağlı bəyanatlarının dünya üçün real təhlükə yaratdığını bildirib və onun artıq ABŞ üçün ağır yükə çevrildiyini deyib...

Poliqon xəbər verir ki, The Independent nəşrinin yaydığı məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Con Brennan Donald Trampın “aydın şəkildə özündə olmadığını” bəyan edib və onun vəzifədən uzaqlaşdırılmasının vacibliyini bildirib.

Brennanın sözlərinə görə, Trampın xüsusilə İranla bağlı səsləndirdiyi fikirlər beynəlxalq sülh üçün real təhlükə yaradır. O hesab edir ki, ABŞ Prezidenti artıq ölkə üçün həddindən artıq böyük siyasi və təhlükəsizlik yükünə çevrilib.

Sabiq CIA rəhbəri bildirib ki, belə şəraitdə ABŞ Konstitusiyasına 25-ci düzəlişin tətbiqi zəruri görünür. Həmin mexanizm vitse-prezidentə və Nazirlər Kabinetinə prezidentin öz səlahiyyət və vəzifələrini yerinə yetirməyə qadir olmadığı qənaətinə gəldikdə onu vəzifədən uzaqlaşdırmaq imkanı verir.

Brennanın bu açıqlaması Vaşinqtonda Trampın son davranışları və xüsusilə İran istiqamətindəki sərt ritorikası ətrafında müzakirələrin daha da kəskinləşdiyi vaxta təsadüf edir. ABŞ siyasi dairələrində artıq onun bəyanatlarının yalnız daxili siyasi polemika yox, həm də qlobal təhlükəsizlik müstəvisində qiymətləndirilməsi diqqət çəkir.

Bu çıxış həm də onu göstərir ki, Trampın xarici siyasətdə atdığı addımlar və səsləndirdiyi sərt mesajlar təkcə rəqiblərinin deyil, təhlükəsizlik strukturlarında yüksək vəzifə tutmuş keçmiş rəsmilərin də açıq narazılığına səbəb olur. Brennanın mövqeyi ABŞ siyasi sistemində prezidentin səlahiyyətləri, məsuliyyəti və psixoloji dayanıqlılığı barədə yeni müzakirələri daha da gücləndirə bilər.

Poliqon.info

Seçilən
39
5
poliqon.info

8Mənbələr