AZ

“Tottenhem”də ciddi itki

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki başı verib.

Bizim.Media xəbər verir ki, London klubunun kapitanı Kristian Romero sıradan çıxıb.

Argentinalı müdafiəçi İngiltərə Premyer Liqasının 32-ci turunun "Sanderlend"lə matçında dizindən zədə alıb.
 

Romero təxminən 5-8 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun mövsümün qalan hissədində oynamayacağı deməkdir. 27 yaşlı mərkəz müdafiəçisi iyunda başlayacaq dünya çempionatına kimi hazır olacaq.


Qeyd edək ki, Argentina millisinin üzvü olan Kristian Romero bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

Seçilən
1
12
bizim.media

10Mənbələr