AZ

Rubio İsrail-Livan danışıqlarında iştirak edəcək

Vaşinqton, 14 aprel, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda İsrail və Livan səfirləri arasında danışıqlarda iştirak edəcək.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Dövlət Departamenti rəsmisi açıqlama verib.

"Müzakirələr İsrailin şimal sərhədinin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi və Livan hökumətinin öz ərazisi və siyasi həyatı üzərində tam suverenliyi bərpa etmək əzmini dəstəkləmək istiqamətində olacaq. İsrail Livanla deyil, “Hizbullah”la müharibə vəziyyətindədir, ona görə də iki qonşunun danışmaması üçün heç bir səbəb yoxdur",- deyə açıqlamada qeyd olunur.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

 

Seçilən
57
1
azertag.az

2Mənbələr