AZ

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada ölümlə nəticələnən qəza baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Səfər Kələşov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən piyada 55 yaşlı İmdat İsmayılovu vurub.

Piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

"Cebheinfo.az" 

Seçilən
9
5
cebheinfo.az

10Mənbələr