AZ

Tıxacda qalmamaq üçün sağ zolağa keçən sürücü avtomobillərin yolunu kəsdi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yolun hərəkət hissəsində yerləşmə qaydasını pozan sürücü digər sürücülərə maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 3-də, paytaxtın Bakıxanov küçəsində qeydə alınıb. Belə ki, 77-SY-953 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü tıxac vaxtı avtomobilləri ötmək üçün sağ zolağa keçib. O, qarşıda sola dönəcəyini öncədən bilsə də, hərəkət hissəsində düzgün zolaqda yerləşməyib.

Sürücü bir müddət sağ zolaqda hərəkət etdikdən sonra yenidən sol zolağa keçmək istəyib, lakin buna nail ola bilmədiyi üçün yolun ortasında dayanmalı olub. Nəticədə sağa dönən avtomobillərin hərəkətinə maneə yaradaraq onların yolunu kəsib və ümumi nəqliyyat axınının ləngiməsinə səbəb olub.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
avtosfer.az

1Mənbələr