AZ

Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət U-19 millisi seçmə mərhələdə ikinci oyununa çıxır

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Çexiya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşma Xorvatiyanın Luçko şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.

Xatırladaq ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.

Bizim.Media

Seçilən
1
2
bizim.media

7Mənbələr