AZ

Vens ABŞ-İran danışıqlarından dərhal sonra

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın Vitse-prezidenti J.D. Vens ilə İslamabadda keçirilən ABŞ-İran danışıqlarının nəticələrini telefonla müzakirə edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Netanyahunun özü məlumat verib.

 

"Dünən vitse-prezident J.D. Vens ilə danışdım. O, İslamabaddan qayıdarkən təyyarəsindən mənə zəng etdi. O, Vaşinqton administrasiyası üzvlərinin gündəlik etdiyi kimi, danışıqların uğursuzluğu barədə mənə məlumat verdi", - deyə Netanyahu İsrail kabinetinin həftəlik iclasında bildirib.

 

Netanyahu danışıqların İran nümayəndə heyətinin mövqeyinə görə uğursuzluğa düçar olduğunu bildirib: "Vens mənə Vaşinqtonun İrandan bütün zənginləşdirilmiş uranı təhvil verməsini və gələcəkdə İran ərazisində zənginləşdirmə fəaliyyətindən tamamilə imtina etməsini israrla tələb edib. Bu, ABŞ-ın əsas məqsədidir və əlbəttə ki, bu, bizim üçün də vacibdir".

 

Netanyahu həmçinin İsrail və ABŞ arasında İran məsələsində fikir ayrılığı iddialarını bir daha rədd edib: "Bizim fikir ayrılığımız olduğu fikri tamamilə yalandır. Tramp komandası ilə gündəlik söhbətlərimizdə iştirak edən hər kəs bunu görə bilər. Bu səviyyədə koordinasiya əvvəllər heç vaxt olnayıb".

Seçilən
4
2
senzor.az

4Mənbələr