AZ

Bakıda məktəb yaxınlığında ağır qəza - VİDEO

Bakıda ağır yol qəzası olub.

“Yeni Sabah” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Sabit Orucov küçəsi 45 ünvanında qeydə alınıb.

Qəza nəticəsində “Toyota Camry” markalı avtomobillə “Kia” markalı maşın toqquşub.

Hadisənin baş verdiyi ərazi Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbin yaxınlığında yerləşir.

Sakinlərin sözlərinə görə, həmin ərazidə tez-tez avtomobil qəzaları qeydə alınır.

Hadisə zamanı ölən və xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
17
32
yenisabah.az

10Mənbələr