Bu ilin ilk 3 ayında 4 subay şəxs övladlıq götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin hər biri qadındır.
Qeyd edək ki, 2019-cu ildən indiyədək ümumilikdə 859 uşaq övladlığa verilib. Bu ilin ilk 3 ayı ərzində 40 uşaq övladlığa verilib.
Onlardan 19-u qız, 21-i oğlandır. Yaş bölgüsünə görə, övladlığa verilən uşaqlardan 28-i 0-6 yaş, 8-i 7-11 yaş, 4-ü isə 12-18 yaş aralığındadır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta