Respublika Seysmoloji Xidmət Mərkəzinin avadanlıqların alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin dəyəri 119 771 AZN olub. Buraya şəbəkə yaddaş serveri, monitor, şəbəkə adapteri və s. daxildir.
Cabir
Tarix: 14 Aprel 2026, 10:14