AZ

ABŞ İrandan bütün zənginləşdirilmiş uranı təhvil verməsini tələb edir

Amerika rəsmiləri İranda uranın zənginləşdirilməsinə tam nəzarət etməyi planlaşdırırlar.

Oxuməni.az-ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

"Biz bəyan etdik ki, istəyirik ki, o, onların ölkəsindən çıxarılsın və biz ona sahib olmaq istəyirik. Biz aydınlaşdırdıq ki, harada güzəştə getməyə hazırıq və aydınlaşdırdıq ki, harada nüvə materiallarının İrandan çıxarılması bizim üçün mütləqdir", - deyə o, müsahibədə bildirib.

Daha əvvəl “Axios” xəbər verib ki, ABŞ İslamabadda İranla danışıqlar zamanı Tehrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib. Nəşrin məlumatına görə, İran tərəfi cavab olaraq daha qısa müddətli moratorium təklif edib.

“The New York Times”, iki yüksək rütbəli İran rəsmisinə və bir ABŞ rəsmisinə istinadən yazır ki, söhbət beş illik müddətdən gedir. ABŞ rəsmisi bildirib ki, Tramp bu təklifi rədd edib.

Bundan əvvəl “Axios” yazmışdı ki, İslamabaddakı danışıqlar zamanı ABŞ İrandan uranın zənginləşdirilməsini dayandırmağı, ehtiyatları çıxarmağı və əsas obyektləri sökməyi, həmçinin Hörmüz boğazını tamamilə açmağı tələb edib, lakin Tehran imtina edib.

Almaz Həsənli

Seçilən
14
oxumeni.az

1Mənbələr