AZ

Səhraya dolu yağdı, qeyri-adi “qış mənzərəsi” üzə çıxdı - Video

Səudiyyə Ərəbistanında baş verən güclü dolu yağışı bölgədə nadir təbiət hadisəsinə səbəb olub. Qısa müddətdə yağan intensiv dolu nəticəsində səhralar ağ rəngə bürünüb.

“Qafqazinfo” xəbər verir ki, Ər-Riyadın şimal-qərb ərazilərində qəfil başlayan güclü dolu və fırtına qısa zamanda geniş sahəyə yayılıb.

Yerli sakinlər hadisənin qısa müddətdə ciddi dəyişiklik yaratdığını bildiriblər.

Doludan sonra qumlu səthlərin ağ rənglə örtülməsi səhrada qeyri-adi “qış mənzərəsi” yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülər geniş maraq doğurub.

Rəsmi məlumatlara əsasən, Ər-Riyadın cənub və qərb dağlıq əraziləri, həmçinin Məkkənin şərq hissəsi üçün güclü yağış, dolu, daşqın və güclü külək barədə xəbərdarlıqlar edilib.

Seçilən
13
1
ekologiya.az

2Mənbələr