AZ

"Arsenal"ın keçmiş futbolçusu Cek Uilşir baş məşqçi kimi ilk titulunu qazanıb

İngiltərə millisinin və "Arsenal" klubunun sabiq üzvü Cek Uilşir baş məşqçi kimi ilk titulunu qazanıb.

"Far.Az"un məlumatına görə, onun rəhbərlik etdiyi I Liqa təmsilçisi "Luton Taun" İngiltərə Liqa Kubokunun finalında "Stokport Kaunti" komandasını 3:1 hesabı ilə məğlub edib.

C.Uilşir 2025-ci ilin oktyabr ayından komandanın "sükanı arxasında"dır. O, daha əvvəl "Norviç Siti"də fəaliyyət göstərib. İngiltərə millisinin sabiq üzvü futbolçu karyerası ərzində "Arsenal", "Bolton", "Bornmut", "Vest Hem" və Danimarkanın "Orhus" komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, İngiltərə Liqa Kubokunda aşağı dəstə klubları ilə yanaşı, Premyer Liqa və Çempionşip təmsilçilərinin gənclərdən ibarət heyətləri də iştirak edir. Bu, İngiltərədə üçüncü ən nüfuzlu turnir hesab olunur.

Seçilən
18
far.az

1Mənbələr