ain.az bildirir, Marja.az saytına əsaslanaraq.
2026-cı ilin 31 mart tarixinə ABB-nin cəmi aktivləri 14 milyard 310 milyon 692 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 683 milyon 789 min manat və ya 5 % artıb. 2025-ci ilin sonunda aktivlər 13 milyard 626 milyon 903 min manat idi.
Marja.az xəbər verir ki, aktivlərin artımı bankın kredit portfelinin, digər banklar və maliyyə institutlarındakı depozitlərin və nağd pul vəsaitlərinin artması ilə bağlıdır. Aktivlərin artımı bankın bazar payının genişlənməsi və biznes həcminin artması deməkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin 31 mart tarixində bankın kredit portfeli isə 7 milyard 158 milyon 144 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 78 milyon 160 min manat və ya 1,1 % artım deməkdir.
Kredit portfelinin strukturu belə dəyişib:
• İstehlak kreditləri – 2 milyard 64 milyon 202 min manat, 2025-ci ilin sonu ilə müqayisədə 79 milyon 962 min manat və ya 4 % artım,
• Biznes kreditləri – 3 milyard 526 milyon 784 min manat, 2025-ci ilin sonu ilə müqayisədə 18 milyon 209 min manat və ya 0,5 % (cüzi) azalma,
• İpoteka kreditləri – 1 milyard 567 milyon 157 min manat, 2025-ci ilin sonu ilə müqayisədə 16 milyon 407 min manat və ya 1,1 % artım.
İş elanları AzVak.az-da
Həmçinin oxu
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
![]()
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.