AZ

Övladınız oyuncaqları ilə deyil, tava-qazanla oynayır? - Maraqlı səbəbi var imiş

Bir çox valideyn sosial şəbəkələrdə paylaşım edərək övladlarının tava və qazanlarla oynamağı daha çox sevdiyini yazır. Onlar uşaqlarının maraqlı və öyrədəici oyuncaqları olmasına baxmayaraq evdəki qab-qacağa daha çox maraq göstərdiyini bildirir.

Bunun səbəbi isə bir çox valideynə aydın deyil.

Ölkə.Az xəbər verir ki, internertdə apardığımız araşdırma zamanı bunun bir neçə maraqlı səbəbinin olduğu üzə çıxıb. Bununla bağlı tədqiqat aparılıb. Sən demə, qab-qacaqla oynayan uşaqlar daha yaradıcı olur.

Məsələn, Toledo Universiteti tərəfindən aparılan bir tədqiqatda uşaqlara çox sayda oyuncaq veriləndə daha qısa müddət oynadıqları, diqqətlərinin tez dağıldığı müşahidə olunub
Bu da o deməkdir ki, uşağın tava-qazan seçməsi “oyuncaqdan bezib” demək deyil, əksinə onun daha yaradıcı oynamaq istəyi, real həyatı təqlid etməsi və beynini daha aktiv istifadə etməsi deməkdir.

Azyaşlıların mətbəx əşyalarına maraq göstərməsinin ümumilikdə 4 əsas səbəbi olduğu deyilir. Bunlar aşağıdakılardır:

1. Açıq uclu oyun (“open-ended play”)

Psixoloqlar deyir ki, uşaqlar hazır funksiyası olmayan əşyaları daha çox sevirlər. Yəni oyuncağın dunksiyası var və artıq onunla nə etmək lazım olduğu bəllidir. Tava-qazanla oynadıqda isə uşaq özü qərar verir. Məsələn, “yemək bişirir”, musiqi aləti kimi istifadə edir, oyun qurur və s.

Bu, uşağın yaradıcılığını, təxəyyülünü, problem həll etmə bacarığını inkişaf etdirir.

Belə yanaşma uşaq psixologiyası və erkən inkişaf tədqiqatlarında tez-tez vurğulanır.

İkinci səbəb kimi isə böyükləri təqlid etmə instinkti göstərilir. Çünki uşaqlar üçün ən maraqlı “oyun” böyüklərin etdiyini təkrarlamaqdır. Ana mətbəxdə olduğu üçün uşaq da eyni şeyi etmək istəyir. Onun real əşyalarla oynaması özünü böyük kimi hiss etmək imkanı verir. Bu, Sosial öyrənmə nəzəriyyəsi ilə izah olunur (yəni uşaq müşahidə edib öyrənir).

Növbəti səbəb isə sensor (hiss) təcrübədir. Tava-qazansəs çıxarır, soyuq/isti hiss verir, metal səthi, çəkisi var. Bu da uşağın toxunma, eşitmə, hərəkət koordinasiyasını daha çox stimullaşdırır.

Dördüncü yerdə “az daha çoxdur” prinsipi dayanır. Bəzi araşdırmalar göstərir ki, çox funksiyalı, səsli, işıqlı oyuncaqlar, uşağın diqqətini tez yayındırır, oyunu məhdudlaşdırır. Sadə əşyalar isə daha uzun müddət maraqlı qalır, daha çox müxtəlif oyun qurmağa imkan verir.

Yəni övladınız əgər ona aldığınız bahalı oyuncaqları yox, qab-qaşığı seçirsə, buna görə narahat olmayın. Ən bahalı oyuncaq yox, ən “sərbəst” oyun uşağı daha çox inkişaf etdirir.

Billurə Yunus

Seçilən
19
1
olke.az

2Mənbələr