ABŞ və İran arasında böyük ümidlərlə gözlənilən İslamabad görüşü nəticəsiz başa çatdı. Diplomatik masada razılığın əldə olunmaması regionda yeni və daha təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Publika.az-a danışan güney azərbaycanlı araşdırmaçı-yazar, siyasi şərhçi Məhəmməd Rəhmanifər hesab edir ki, tərəflər artıq kompromis nöqtəsindən uzaqlaşıb və qarşıdurma qaçılmaz istiqamət alır.
Politoloqun sözlərinə görə, bu tip müzakirələrə həddindən artıq ümid bağlamaq doğru deyil: “ABŞ əslində İslamabad görüşündə yaxşı təkliflərlə çıxış etmişdi. İran həmin şərtləri qəbul etsəydi, ölkədəki bir çox problemlər həll oluna bilərdi. Lakin vəziyyət elə deyil ki, asanlıqla nəticə əldə olunsun”.
O əlavə etdi ki, Donald Trampın “İranda rejim dəyişib” iddialarına baxmayaraq, real mənzərə fərqlidir: “Belə bir dəyişiklik baş verməyib”.
