AZ

Baku Medical Plaza-nın sosial layihəsi diqqət mərkəzində: “Analıq Məktəbi”nə maraq artır

Ölkənin aparıcı özəl tibb müəssisələrindən olan Baku Medical Plaza klinikalar şəbəkəsi tərəfindən təşkil edilən “Möcüzəyə doğru - Analıq Məktəbi” layihəsi regionlarda uğurla davam edir. Bakı şəhəri ilə yanaşı, Şamaxı və Salyanda həyata keçirilən maarifləndirici tədbirin növbəti ünvanı Şəki şəhəri olub.

Artıq regionlarda böyük maraqla qarşılanan sosial layihədə yalnız Şəki şəhərinin sakinləri deyil, eyni zamanda Qəbələ, Oğuz və ətraf bölgələrdə yaşayan, ana olmağa hazırlaşan xanımlar fəal iştirak ediblər. Ümumilikdə təşkil olunan tədbirlərdə bügunə qədər 700-ə yaxın gələcək ana iştirak edib. Layihənin yaxın zamanda Naxçıvan Muxtar Respublikasında da keçirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi ana və körpə sağlamlığının qorunmasına diqqət çəkmək, hamiləlik dövrü və doğuş prosesi barədə ana olmağa hazırlanşanları maarifləndirməkdir.

Tədbir çərçivəsində Baku Medical Plaza klinikalar şəbəkəsinin peşəkar həkim heyəti tərəfindən iştirakçılara hamiləliyin fizioloji gedişatı, yenidoğulmuş körpənin sağlam inkişafı, psixoloji dəstəyin əhəmiyyəti və digər vacib mövzular barədə məlumat verilib.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Sonda tədbir iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub.

Baku Medical Plaza klinikalar şəbəkəsinin “Möcüzəyə doğru - Analıq Məktəbi” layihəsi uğurla davam edir. Növbəti maarifləndirici tədbir 22 may tarixində klinikanın Babək filialında baş tutacaq.

Təlimdə iştirak ödənişsizdir və qeydiyyat davam edir.

Əlaqə: +994 55 255 93 36

Baku Medical Plaza - “Sağlamlığa doğan günəş”

Seçilən
10
1
musavat.com

2Mənbələr