Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.
"Report" xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.
Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib. Sonuncu dəfə isə aprelin 11-də Azərbaycandan Ermənistana 887 ton dizel yanacağı göndərilib.