Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub.
7Times.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.
Qeyd edək ki, bu gün səhər saatlarında 3.1, 3.2 maqnitudalı zəlzələlər də qeydə alınıb.