AZ

Dövlət Komitəsinin sədri: Qadınların innovasiya, rəqəmsal sahədə iştirakı gücləndirilməlidir

BAKI, 14 aprel. TELEQRAF

"Qadınların süni intellekt sahəsinə, rəqəmsal sahəyə cəlb olunması dayanıqlı inkişafda əsas məsələlərdən biridir".

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycanda qadınların bu sahəyə cəlb olunmasına pozitiv baxılmalıdır.

"Qadınların innovasiya, rəqəmsal sahədə iştirakı gücləndirilməlidir. Artıq müzakirələrimizi praktikaya çevirmə zamanıdır", - sədr vurğulayıb.

Seçilən
6
teleqraf.com

1Mənbələr