AZ

Azərbaycan Universiteti və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi əməkdaşlıq edəcək

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib. Bildirilib ki, universitetin nümayəndə heyəti mərkəzdə yaradılan şəraitlə tanış olub, uşaqların qayğıları ilə maraqlanıb, onların əl işlərindən ibarət sərgiyə baxıblar.

Mərkəzin direktoru Kəmalə Ağazadə “Azərbaycan Uşaqları” İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin yaranma tarixi və məqsədi, həmçinin mərkəzdə yaşayan uşaqlar barədə geniş məlumat verib. Mərkəzin yeni binasının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə ərsəyə gəldiyini qeyd edib, onun uşaqlara qayğısı və hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətlərə toxunub.

Çay süfrəsi arxasında davam edən söhbət zamanı Kəmalə Ağazadə uşaqların sosial adaptasiyası, reabilitasiyası və təhsilə inteqrasiyası istiqamətində görülən işlər barədə danışıb, göstərilən diqqətə görə rektor Səadət Əliyevaya və universitet heyətinə təşəkkür edib. Rektor öz növbəsində mərkəzin uşaqlar üçün böyük əhəmiyyət daşıdığını qeyd edib, həssas sosial qruplara mənəvi dəstəyin vacibliyini vurğulayıb.

Sonda tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, anlaşma memorandumunun imzalanması ilə əməkdaşlıq rəsmiləşdirilib. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və mərkəzin direktoru Kəmalə Ağazadə imzalayıblar. Memoranduma əsasən, tərəflər öz resurs və təcrübələrindən istifadə edərək əməkdaşlığa başlayacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
4
azertag.az

5Mənbələr