AZ

Türkiyədə məktəbə silahlı basqın - Çox sayda yaralı var

Bakı. Trend:

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda litseyəsilahlı hücum olub.

Trend bu barədəTürkiyə mediasına istinadən xəbər verir.

Təhsil müəssisəsinə odlu silahla daxil olan şəxsin ətrafakortəbii şəkildə atəş açması nəticəsində 7 nəfər yaralanıb.

Məlumata görə, hücumu həyata keçirən şəxs bəzi şagirdləri girovgötürüb.

Məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polisvə xüsusi təyinatlı dəstələr göndərilib.

Təhlükəsizlik qüvvələri tərəfindən məktəbdə olan şagirdlərinböyük hissəsinin təxliyə edildiyi qeyd olunur.

Hazırda ərazidə hücumçunun zərərsizləşdirilməsi istiqamətindəəməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr