AZ

Salyanda qəzada xəsarət alan beş nəfərin VƏZİYYƏTİ AÇIQLANDI

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbi ilə aprelin 13-də saat 19:20-də beş nəfər (dörd kişi, bir qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub."Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.Xatırladaq ki, ötən gün Salyanda hərəkətdə olan iki "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Vüsalə Səməd qızı Bədəlova, 1972-ci il təvəllüdlü Rəfail Əvəz oğlu Bədəlov, 2002-ci il təvəllüdlü Həsən Rəfail oğlu Bədəlov, 1967-ci il təvəllüdlü Elşən Şəmsəddin oğlu Axundov və Cəbrayıl rayon sakini - 1959-cu il təvəllüdlü Füzuli Ramazan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar./oxu.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
3
avtosfer.az

10Mənbələr