AZ

Binəqədidə maklerlər böyük zibilxana yaradıb; İcra hərəkətə keçdi RƏSMİ VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Binəqədi rayonu ərazisində sanitar vəziyyətlə bağlı narahatlıqlar artmaqdadır.

Avtosfer.az xəbər verir ki, sakinlər bildirirlər ki, rayonun Aşırım küçəsində son illər maklerlər tərəfindən intensiv şəkildə fərdi yaşayış evləri tikilərək satışa çıxarılır və bu proses nəzarətsiz şəkildə davam edir.

Qeyd olunur ki, tikinti işlərinin sürətlə aparılması fonunda infrastruktur və kommunal məsələlər lazımi səviyyədə həll olunmur. Nəticədə, ərazidə tullantıların idarə olunması, kanalizasiya və ümumi sanitar vəziyyətlə bağlı problemlər yaranır.

Sakinlərin sözlərinə görə, ətrafda hətta hotellərin mövcud olmasına baxmayaraq, antisanitariya halları geniş yayılıb və bu da həm yaşayış mühitinə, həm də ictimai sağlamlığa mənfi təsir göstərir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakmiyyətindən Avtosfer.az-a bildirilib ki, sözügedən məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək. Eyni zamanda bildirmək istərdik ki, gələcəkdə belə bir problemin yaranmaması üçün aidiyyəti qurumlara müraciət olunmuşdur.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
avtosfer.az

2Mənbələr