AZ

“Qarabağ”ın futbolçusu milli komandanın heyətindən çıxarılıb

Bakı, 14 aprel, AZƏRTAC

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirovun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Seçilən
0
5
azertag.az

10Mənbələr