AZ

“İqtisadi artım zəifləyir, dövlət büdcəsindən asılılıq əsas amil olaraq qalır”

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Cari ilin ilk 3 ayında qonşu Gürcüstan və qonşu Ermənistanda Ümumi Daxili Məhsul təqribən 8 faiz həcmində artdığı halda, Azərbaycanda həmin göstəricisi azalma ilə müşayət olunaraq mənfi 0.3 faiz təşkil etmişdir. Təcrübə göstərir ki, yerli statistika kifayət qədər bərbad vəziyyətdədir və bu azalma reallıqda daha böyük rəqəmdən ibarət ola bilər”.

Gununsesi.info bildirir ki, bunu iqtisadçı İsmayıl Qaşqay deyib:

“Amma daha vacib tendensiya iqtisadiyyatın kiçilməkdə davam etməsi və hökumətin bunu etiraf etməsidir, artıq vəziyyətin getdikcə daha acınacaqlı şəkil almasını gizlətmək mümkün deyil

Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadiyyatının anormallığı milli gəliri yaradan əsas mənbənin dövlət büdcəsi olmasıdır. Ölkədə iqtisadi fəallığı təmin edən yeganə faktor büdcə olduğundan, neft-qaz hasilatı və neft qaz gəlirləri azaldıqca, tənəzzülün də labüd olması aksiomadır. Dövlət məcburiyyət qarşısında xərcləri azaltmaq və güzəştləri ləğv etmək yolu tutduqca, əhalinin sosial rifahının da kəskin pisləşəcəyi şübhə doğurmur.

O qeyd edib ki, belə vəziyyətdə özəl sektordan möcüzə gözləmək də yersizdir:

“Hazırda özəl sektorda azsaylı müstəqil iş adamları yalnız alqı-satqıyla kifayətlənirlər, uzunmüddətli perspektivdə iş qurmaq və iş yerləri yaratmaq heç kimi cəlb etmir ki, belə vəziyyətin yaranmasının da başlıca səbəbi mövcud vergi sisteminin adekvat olmamasıdır. Primitiv iqtisadi struktura malik bir ölkədə kağız üzərində də olsa proqressiv ölkələrin vergi sistemini tətbiq etmək, milli spesifikanı bilməmək bu sahəylə məşğul olanların, malik olduqları diplomlara baxmayaraq diletant olduqlarını göstərir

Mövcud tendensiyalar və tətbiq edilən qanunlar isə yaxın gələcəkdə hər hansısa ciddi bir dəyşikliyin olacağına heç bir əsas vermir”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
icma.az

1Mənbələr