ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Ermənistan Baş naziri Nikol Paşinyan Fransanın Avropa işləri üzrə naziri Benyamin Həddadla görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Ermənistan-Fransa münasibətlərinin gündəliyi və çoxsektorlu əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Ermənistan-Avropa İttifaqı əməkdaşlığı, eləcə də Ermənistanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi ilə bağlı məsələlərə toxunulub.
Həmsöhbətlər həmçinin regional məsələlər, Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin təmin edilməsinə yönəlmiş addımlar barədə fikir mübadiləsi aparıblar.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə fəal siyasi dialoqun davam etdirilməsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.