Azərbaycanda qadınların təsisçisi olduğu kiçik və orta biznes (KOB) subyektlərinin sayı artıb. Bunu KOBİA-nın sədri Orxan Məmmədov “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2024-cü ildə təsisçisi qadın olan 2,800-ə yaxın hüquqi şəxs KOB subyekti kimi qeydiyyatdan keçib.
Bununla da, təsisçisi qadın olan hüquqi şəxs KOB-ların ümumi sayı 13,000-i ötüb.
Məmmədov qeyd edib ki, bu göstərici illik müqayisədə 9% artım deməkdir.
Gülnar Nazimqızı