AZ

Si Cinpinq İspaniyanı çoxqütblü dünyanın qorunmasına çağırıb

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çin Xalq Respublikasının sədri Si Cinpinq İspaniya ilə birlikdə çoxqütblü dünyanın qorunmasına və beynəlxalq münasibətlərin “cəngəllik qanunları”na qayıtmasının qarşısının alınmasına çağırıb.

Bizimyol.info xəbər verir ki, "Sinxua" agentliyinin məlumatına görə, bu bəyanat Pekində səfərdə olan İspaniyanın baş naziri Pedro Sançes ilə görüş zamanı səsləndirilib.

Si Cinpinq bildirib ki, Çin və İspaniya ədalət prinsiplərinə sadiq ölkələr kimi qarşılıqlı əlaqələri gücləndirməli, etimadı artırmalı və sıx əməkdaşlıq etməlidir. Onun sözlərinə görə, tərəflər həqiqi çoxqütblülüyü müdafiə etməli, BMT-nin mərkəzi rolunu qoruyan beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan dünya nizamını dəstəkləməlidir. Bu yanaşma bərabərhüquqlu və nizamlı çoxqütblü dünyanın formalaşmasına, inklüziv və qarşılıqlı faydalı iqtisadi qloballaşmaya, həmçinin “bəşəriyyətin vahid taleyi” ideyasının təşviqinə xidmət edir.

Çin lideri əlavə edib ki, tərəflər yaranan imkanlardan istifadə edərək innovativ inkişafı təşviq etməli, ticarət, yeni enerji və digər sahələrdə əməkdaşlığı genişləndirməli, mədəniyyət, təhsil, elm və idman sahələrində mübadilələri artırmalıdır.

Öz növbəsində, Pedro Sançes İspaniyanın Çinlə sıx koordinasiyaya hazır olduğunu bildirib. O qeyd edib ki, tərəflər geosiyasi çağırışların, ticarət proteksionizmi və iqlim dəyişikliklərinin yaratdığı problemlərin birgə həlli, həmçinin beynəlxalq hüquq və çoxqütblülüyü qorunması istiqamətində əməkdaşlıq edə bilərlər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr