Hadisə ilə bağlı daxil olan məlumatdan sonra əraziyə çox sayda polis, təcili tibbi yardım və xüsusi təyinatlı qüvvələr cəlb edilib. Təhlükəsizlik qüvvələri məktəbdə genişmiqyaslı tədbirlər görüb, içəridə olan şagirdlərin əksəriyyəti təxliyə olunub.
İlkin məlumata görə, hücum nəticəsində 7 nəfər yaralanıb. Yaralılar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdiriliblər.
Hücum edən şəxsin məktəb şagirdi olduğu iddia edilir. Onun bəzi şagirdləri girov götürdüyü də irəli sürülür. Şübhəlinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.
Hadisənin dəhşətli anları ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Faktla bağlı genişmiqyaslı araşdırma başlanıb.