AZ

Türkiyədə liseyə silahlı hücum: 16 nəfər yaralandı - Hadisəni törədən ÖZÜNÜ ÖLDÜRD - YENİLƏNİB + FOTO/VİDEO

Bu səhər Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu liseyində baş verən atışma 2007-ci il təvəllüdlü məktəbin keçmiş şagirdi Ö.K. tərəfindən törədilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Qeyd edilib ki, 10 şagird, dörd müəllim, bir polis məmuru və bir yeməkxana əməkdaşı yaralanıb. Nazirlikdən bildirilib ki, xəsarət alanlar müalicə üçün Siverek Dövlət Xəstəxanasına aparılıblar. Məlumata görə, hücumu pnevmatik silahla həyata keçirən cinayətkar hadisədən sonra eyni silahla özünə qəsd edib.
 
12:33
 
Şanlıurfanın Siverek rayonunda bir nəfərin liseyə daxil olub, tüfənglə atəş açması nəticəsində şagirdlər də daxil olmaqla 16 nəfər yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri mənbələrə istinadən məlumat yayıb. Hadisə ilə bağlı Şanlıurfa valisi Hasan Şıldak deyib ki, hücum edən şəxs məktəbin keçmiş şagirdi olan 2007-ci il təvəllüdlü şəxsdir. Onun sözlərinə görə atışmadan sonra, o, özünü güllələyib. Vali bildirib ki, şagirdlər məktəbdən artıq təxliyə olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
12:30
 
Türkiyənin Şanlıurfa şəhərində liseydə silahlı hücum olub.

Moderator.az xəbər verir ki, Şanlıurfanın Siverek rayonundakı lisey silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb, əraziyə çox sayda tibb işçisi və xüsusi əməliyyat polisi göndərilib.

Məlumata görə, hadisəni şagird törədib. Məktəbin içərisində olan hücumçunun bəzi şagirdləri girov götürdüyü də iddia edilib. 

Təhlükəsizlik qüvvələrinin şagirdlərin əksəriyyətini məktəbdən təxliyə etdiyi bildirilib. 

Bölgədə hücumçunun zərərsizləşdirilməsi səyləri davam etsə də, 7 nəfərin yaralandığı bildirilib. /milli.az/

Seçilən
24
3
moderator.az

4Mənbələr