AZ

Orxan Məmmədov: "Qadın sahibkarlığın yüksəlişinə nail olmadan iqtisadi inkişafdan danışmaq olmaz"

"Qadın sahibkarlığın yüksəlişinə nail olmadan ölkənin iqtisadi inkişafından danışmaq olmaz".

 

Bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutan KOB-larda (kiçik və orta biznesdə) qadın sahibkarlar: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə" adlı panel müzakirədə deyib:

 

"Tarixə nəzər salsaq, 50 il bundan qabaq hansısa qadını şirkət rəhbəri kimi görə bilməzdik. İndi isə biz konkret inkişafdan danışırıq. Rəqəmsallaşma və innovativ sahibkarlığın təşəkkülü qadın sahibkarlığının inkişafına da müsbət təsirini göstərir. Doğrudur ki, iri şirkətlərlə müqayisədə kiçik-orta biznes subyektləri çox zaman məhdud maliyyə və insan resursları, texniki biliklərin çatışmazlığı şəraitində fəaliyyət göstərir".

 

O.Məmmədov beynəlxalq praktikadan bəhs edərkən deyib ki, süni intellekt əməliyyat xərclərini 30 faizə qədər azaltmaq və biznes gəlirlərini 34 faizə qədər artırmaq imkanına malikdir.

 

Oxu.az

Tarix: 14 Aprel 2026, 13:08   
Seçilən
13
3
pravda.az

4Mənbələr