AZ

Livanın bu əraziləri xəritədən silindi - Foto

Cənubi Livandakı bəzi yaşayış məntəqələrinin xəritədən silindiyi iddia olunur.

Publika.az xəbər verir ki, “WIRED Middle East” nəşrinin məlumatına görə, işğal edildiyi iddia edilən bəzi Livan kəndlərinin adları “Apple Maps”də görünmür.

Şirkət açıqlama yayaraq bildirib ki, "xəritədən silinmiş" kimi bildirilən kənd və qəsəbə adları əslində “Apple Maps”də heç vaxt mövcud olmayıb.

Eyni ərazilərin “Google Maps”də daha aydın miqyasda qeyd olunması isə müzakirələri daha da böyüdüb.

Seçilən
21
publika.az

1Mənbələr