AZ

Zelenski Berlindıdir

Ukrayna Prezidenti Vladimir Zelenski çərşənbə axşamı, 14 apreldə Berlinə gedib və orada Almaniya Kansleri Fridrix Merts ilə görüşüb.

Herbiand.az xarici mənbələrə iustinadən xəbər verir ki, siyasətçilər Ukraynaya maliyyə və hərbi dəstəyi, eləcə də ölkənin yenidən qurulması və ukraynalı qaçqınların geri qaytarılması səylərini müzakirə edəcəklər. Tərəflərin bir neçə müqavilə imzalaması gözlənilir. Görüşdən sonra Merts və Zelenski birgə mətbuat konfransı keçirəcəklər.

Reuters agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin başlanğıcından bəri Almaniya Kiyevə 55 milyard avro (64 milyard dollar) hərbi yardım göstərib - bu, digər Avropa ölkələrindən daha çoxdur. Almaniyanın 2026-cı il büdcəsində Ukraynaya yardım üçün 11,5 milyard avro ayrılıb.

Seçilən
21
23
herbiand.az

10Mənbələr