AZ

Masazırda sakinlərin 525 dərdi: Əlac edən olacaqmı?

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son illərdə Masazırda əhalinin sürətlə artması, yeni yaşayış komplekslərinin inşa edilməsi sərnişin sayını xeyli artırsa da, marşrut üzrə avtobusların sayı eyni templə artırılmayıb. 

Bu uyğunsuzluq isə günün pik saatlarında ciddi sıxlığa və nəqliyyat çatışmazlığına səbəb olur. 

“Cebheinfo.az” xəbər verir ki, 525 nömrəli avtobus marşrutu ilə bağlı yaranmış vəziyyət Masazır sakinlərinin gündəlik həyatını çətinləşdirir. 

Sakinlərin sözlərinə görə, avtobuslar rəsmi qrafikə uyğun hərəkət etsə də, dayanacaqlara artıq dolu vəziyyətdə çatır və bu səbəbdən minmək demək olar ki, mümkünsüz olur. 

Problem daha çox səhər və axşam saatlarında özünü göstərir. İşə və dərsə gedən vətəndaşlar uzun müddət dayanacaqlarda gözləməli olur, gələn avtobuslar isə dolu olduğu üçün sərnişin qəbul edə bilmir. 

Bu da insanların bir neçə avtobusu buraxmasına və vaxt itkisinə səbəb olur. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə şikayətlər edilsə də, vəziyyətdə ciddi dəyişiklik yoxdur. Halbuki ictimai nəqliyyatın təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı müxtəlif açıqlamalar verilib. 

Yaranan problemin əsas səbəbi sərnişin axınının düzgün planlaşdırılmaması və marşrut üzrə avtobus sayının kifayət qədər olmamasıdır. Pik saatlarda əlavə avtobusların xəttə buraxılması və marşrut şəbəkəsinin yenidən nəzərdən keçirilməsi vəziyyəti yaxşılaşdıra bilər. Masazır sakinləri isə aidiyyəti qurumlardan problemin həlli üçün konkret və operativ tədbirlər gözləyirlər. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr