AZ

Çin “Lijian 1” raketi ilə orbitə 8 peyk çıxarıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pekin, 14 aprel, AZƏRTAC

Çin “Lijian-1 Y12” daşıyıcı raketi ilə orbitə 8 peyk çıxarıb.

AZƏRTAC xəbər verir ki, raket Çinin şimal-qərbindəki Donfen özəl kosmik innovasiya pilot zonasından Pekin vaxtı ilə saat 12:03-də (Bakı vaxtı ilə 08:03) buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Bu buraxılış “Lijian-1” daşıyıcı raket seriyasının 12-ci uçuş missiyası olub.

Qeyd edək ki, “Lijian-1” daşıyıcı raket seriyası Çin Elmlər Akademiyası nəzdindəki Mexanika İnstitutunun təsis etdiyi “CAS Space” şirkəti tərəfindən hazırlanıb. Bu növ raketlər müxtəlif sayda mikropeykləri orbitə çıxarmaq üçün dizayn edilib. İndiyədək “Lijian-1” raketləri ilə orbitə 90-dan çox peyk göndərilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
4
azertag.az

5Mənbələr