"Qəbələ" klubu futbolçusu Prins Ovusu ilə yeni müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, sözləşmənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.
20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.
Qeyd edək ki, Ovusu ilə "Qarabağ" və "Neftçi"nin maraqlandığı iddia olunur.