AZ

Mikayıl Müşfiqin xatirə muzeyini sel apardı, şəkili ortada qaldı: “Ürəyimdən tel qırıldı” - FOTO+ÖZƏL

Günlərdir yağan aramsız yağışlar Xızının Sayadlar kəndində yerləşən Mikayıl Müşfiqin xatirə muzeyinə ciddi ziyan vurub.
 
Şairin yaxın qohumu, əmisi nəvəsi Reyhanə İsmayılzadə Moderator.az-a açıqlamasında bildirib ki, bu ilk belə hal deyil:
 
“Demək olar ki, hər il Müşfiqin xatirə muzeyinin həyətini sel yuyub aparır. Tıx çayında baş verən sel daşqınları nəticəsində şairin xatirə muzeyi ciddi zərər görüb. Sonuncu sel hadisəsi isə vəziyyəti daha da ağırlaşdırmış, muzey binasına və ətraf əraziyə ciddi fəsadlar vurmuşdur. Hadisəni eşidən kimi nazirliyin Xızıdakı nümayəndəliyinə zəng etdim. Dedi ki, şairin şəkli vurulmuş plakatı sel aparanda götürüb içəri qoymuşuq. Bu da belə bir insana, şairə qoyulan münasibət. Sel, su oraları cənginə alıb aparır. Bir çarə qılmırlar. Yazıq onsuz da nakam getdi, heç olmasa muzeyi bərpa olunsun və yaşadılsın”.
 
Reyhanə İsmayılzadə deyir ki, Mədəniyyət Nazirliyi xatirə muzeyinin bərpasına diqqətləri yönəltsə də, hələ ki, orada heç bir iş görülməyib:
 
“Xatirə muzeyinin təmir olunması xəbərini eşidəndə çox sevindim. Sevincdən gözlərim yaşardı, ağladım da. Amma hələ ki, daşı daş üstə qoymayıblar. İllər uzunudur ki, bu muzey təmir olunmur. Bizim istəyimiz odur ki, Müşfiqi yaşadaq. Müşfiqsevərlər çoxdur. Onu hamı çox istəyir. Şeirləri dillər əzbəridir, mahnılara çevrilib. Bakıda da Müşfiqin yaşadığı ərazidə ev muzeyi yaradılsa yaxşı olar. Heç bir şairin, ədibin, yazıçının xatirə və ev muzeyləri bu vəziyyətdə deyil. Hər dəfə oranı sel aparanda ürəyimdən bir tel qırılır. Gözləyirlər ki, oranı bütünlüklə sel aparsın, sonra bərpa etsinlər?”, - deyə şairin qohumu bildirib.
 
Özəl fotoları Moderator.az sizə təqdim edir.
Seçilən
14
moderator.az

1Mənbələr