AZ

"ABŞ ilə danışıqlara hazırıq, lakin..." - Pezeşkian

"İran ABŞ ilə danışıqlar aparmağa hazırdır, lakin bu, hüquqi normalar çərçivəsində baş verməlidir".

"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian özünün "Telegram" kanalında yazıb. 

Pezeşkian Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı açıqlayıb: "İran İslam Respublikası diplomatiyanı mübahisələrin həlli üçün ən üstün yol hesab edir və milli ləyaqəti və nüfuzu qoruyaraq, hüquqi normalar çərçivəsində danışıqlara hazır olduğunu bildirir".

Ağarza Elçinoğlu 

Seçilən
8
unikal.az

1Mənbələr