ain.az, Cebheinfo saytına istinadən bildirir.
Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən Bakı şəhərində və respublikanın regionlarında istilik mövsümünə 15 noyabr 2025-ci il tarixindən etibarən başlanılıb.
Respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etiran isə 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) 34 qazanxana vasitləsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 14 sosial və təsərrüfat hesablı obyektlər “Azəristiliktəchizat” ASC-nin istilik mənbələrinə qoşulub.
Sabah isə mövsümlə bağlı Bakıda istilik verilməsi dayandırılacaq.Bəs ucqar kəndlərdə hava şəraiti ilə bağlı istiliyin verilmə müddəti artırıla bilərmi?
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən “Cebheinfo.az”-a bildirilib ki, dağlıq və dağətəyi rayonlarda mövsüm mayın 1-i yekunlaşır:
“Yəni hava şəraiti respublikanın digər ərazilərinə nisbətən daha soyuq olan ərazilərdə mövsüm 15 gün tez başlayır, 15 gün gec bitir. Belə ki, noyabrın 1-i başlayır, mayın 1-də yekunlaşır. Bu baxımdan həmin ərazilərdə istilik verilməsi davam edəcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.